Vətən müharibəsi şəhidinin adına inşa edilən xatirə bulağının açılışı olub

21-09-2022, 16:07

Vətən müharibəsi şəhidinin adına inşa edilən xatirə bulağının açılışı olub

Şəhid Famil Ağaşovun adına Cəlilabad şəhər 3 nömrəli orta məktəbin qarşısında xatirə bulağının açılışı olub.

Ordum.az xəbər verir ki, mərasimdə Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmiləri , Gənclər və İdman İdarəsinin rəhbərliyi, şəhid valideynləri, şəhidin döyüş yoldaşları və məktəbin müəllimləri iştirak edib.

Tədbirdə çıxış edənlər şəhidin keçdiyi qəhrəmanlıq yolundan söhbət açıblar.

Bildirilib ki, şəhidimizin əziz xatirəsi hər zaman onların ürəyində yaşayacaq.

Qeyd edək ki, şəhid Famil Ağaşov Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək, şəhadətə yüksəlib.




Facebook'da Paylaş