Qaliblər Prezidentin ad günündə bəlli oldular...
Qaliblər Prezidentin ad günündə bəlli oldular...“Uşaqların Gələcəyi Naminə" təşkilatının elan etdiyi “Nidanın gücü, gücün nidası!” adlı növbəti yazı müsabiqəsinin qaliblərinə sertifikat və digər həvəsləndirici mükafatlar təqdim edilib. Bu barədə təşkilatın sədri, hüquqşünas Könül Quliyeva məlumat verib. Təşkilat sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Valday şəhərində qürur hissi ilə dediyi “Qarabağ Azərbaycandır!” şüarı müharibə dövründə Azərbaycan Ordusunun ilhamverici qüvvəsinə çevrildi. Biz də təşkilat olaraq hər il möhtəşəm zəfərə həsr edilən yazı müsabiqəsi keçirmək və nəticələri cənab Prezidentin ad günündə açıqlamaq qərarına gəldik.
Nidanın gücü, gücün nidası!” yazı müsabiqəsi V-IX sinifdə təhsil alan orta məktəb şagirdləri arasında keçirilib. Müsabiqəyə yazılar 05 dekabr 2023-cü il tarixdən 15 dekabr 2023-cü il tarixədək təqdim edilib. Şagirdlərin esseləri müxtəlif peşə sahiblərindən ibarət 5 ekspert tərəfindən dəyərləndirilib. Bütün yazılar ekspertlərə anonim olaraq təqdim edilib, 5 ballıq sistemlə qiymətləndirilib".
Qeyd edək ki, ekspert qrupunun rəhbəri AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoydur. Müsabiqənin yekunlarına əsasən 26 balla “Yeni dövrün Babəki” məqaləsi ilə Yasamal rayonu Arif Hüseynzadə adına 20 saylı məktəb-liseyin 7 ğ sinif şagirdi Ağa Yusif Naeimi əsas qalib elan olunub. 24 balla qaliblər sırasında olan digər mükafatçılar isə Sabunçu rayonu Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbin 6 c sinif şagirdi Vəkiloğlu Nərmin Mehdixan qızı “Vətən sağolsun” məqaləsi, Xətai rayonu 25 saylı tam orta məktəbin 7 b sinif şagirdi Rzayeva Xədicə Elnur qızı “Bizim zəfər yolumuz” məqaləsi ilə uğur qazanıblar.
Təşkilat sədri bütün qaliblər adından Prezidentimiz İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. Sonda K. Quliyeva müsabiqənin reallaşmasına göstərdikləri maddi dəstəyə görə savab əməl sahiblərinə - “OK mobile” və “Mobil-N1” satış müəssisələrinin rəhbərlərinə dərin minnətdarlığını bildirib.
Tanrı Azərbaycanı Qorusun! Qarabağ Azərbaycandır!"
Facebook'da Paylaş