Lənkəranda müəllimlər üçün mentor dəstəkli təlim kursuna başlanılıb

23-11-2023, 15:03

Lənkəranda müəllimlər üçün mentor dəstəkli təlim kursuna başlanılıb
AR Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” VII Qrant müsabiqəsi çərçivəsində Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəb tərəfindən icra olunan “Khan Academy Lənkəran təhsilində” layihəsi üzrə mentor dəstəkli təlim kursuna başlanmışdır.

Lənkəran rayonu N.Aslanov adına Ləj kənd orta məktəbdə məktəbdə təşkil olunan və 10 gün davam edəcək mentor dəstəkli təlim kursunda adı çəkilən təhsil müəssisəsinin və qonşu S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbinin 20 ibtidai sinif müəllimi iştirak edərək, onlayn öyrətmə platforması Khan Academy peşəkar istifadə qaydaları, şagirdləri cəlb etməklə riyaziyyat, sürətli hesablama üzrə davamlı tədris aparmaq təcrübəsi üçün bilik, bacarıqlara yiyələnib, praktik təcrübələrini yüksəldib, arifmetika sahəsində potensiallarıını artıracaqlar.

Təlimin açılışında layihə rəhbəri, məktəbin direktoru İlkin Yaqubov çıxış edərək, layihənin hər iki məktəbin və ümumi təhsil sisteminin inkişafında rolunu qeyd edərək, riyaziyyat fənni üzrə ibtidai siniflərdə tədrisin müasir üsul və texnologiyalarla aparılmasının zəruriliyini bildirdi və bu sahədə müəllimlərin bilik və bacarıqlarının artırılmasının əhəmiyyətini vurğuladı.

Layihənin eksperti Asif Əsgərli çıxış edərək, Lənkəran rayonu N.Aslanov adına Ləj və S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəblərində ibtidai sinif şagirdlərinin onlayn öyrətmə platforması Khan Academy əlçatanlığını və səmərəli istifadəsini təmin etməklə şagirdlərdə riyazi, məntiqi təfəkkürü, sürətli hesablama və yüksək IQ qabiliyyətini inkişaf etdirmək üçün müəllimlərin bu təlim imkanlarından faydalanmasını və gələcəkdə bu işi aparıb davamlı inkişaf etdirmələrini qeyd etdi.

Sonra təlim kursu təlimçi Dadaş Əhmədli tərəfindən interaktiv şəkildə başlanıldı və müəllimlərin rəy, fikir və müzakirələri ilə davam etdirildi. Təlim iştirakçıları mövzular üzrə təqdimatlarla tanış olub, verilmiş qrup tapşırıqlarının və təlim modulları üzrə işlərin icrasına cəlb olundular. Hər bir təlim gününün qiymətləndirilməsi aparıldı və növbəti təlim materialları çatdırıldı.





Facebook'da Paylaş