Afrikada “Xanlar ailəsi su quyusu”nun açılışı olub
“Su quyusunun qarşısındakı lövhədə Azərbaycan və Türkiyə bayraqlarını görmək hər birimizi qürurlandırır”
Bu gün Rusiyada yaşayan soydaşlarımız bir sıra xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olurlar. Bu xeyriyyəçilik fəaliyyətinin təşəbbüskarlarından biri də Krasnoyarskda yaşayan soydaşımız, fəal diaspor üzvü Mahir Bağırovdur.
O, saytımıza bildirib ki, uzun illərdir xeyriyyə işləri ilə məşğuldur: “Bizim Təşəbbüs Qurupumuz var. Mən özüm Krasnoyarskda yaşayıram. Bu şəhərdəki azərbaycanlılar, eləcə də İrkutsk, Novosibirsk və Barnaul şəhərlərində yaşayan soydaşlarımız bizim bu xeyiyyə işlərinə qoşularaq yardımlar edirlər. 3 ildir ki, davamlı olaraq qazilərimizə, şəhid ailələrinə, yoxsullara kömək etməyə çalışırıq. Yardımlar fərqli olur; ərzaq, dərman və s. Vəziyyətdən asılı olaraq bəzən pul yardımı da edirik. Eyni zamanda iki ildir ki, Rusiyada yaşayan mömin müsəlmanlar adından Ramazan ayında Afrika ökələrində iftar süfrələri də veririk. Bu il həmçinin bizim tərəfimizdən Türkiyədə zəlzələ bölgəsində də iftar süfrələri açılıb. Bu işlərdə bizə təkilati olaraq Türkiyənin Xoş Söz Dərnəyi dəstək göstərir”.
Xatırladaq kı, Mahir Bağırovun ailə üzvlərinin təşəbbüsü ilə Afrikanın Uqanda dövlətində atası Xanlar Bağırovun adına “Xanlar ailəsi su quyusu” inşa edilib. Quyunun inşasına 2 ay vaxt sərf oluub. Uqandanın bir kəndinin əhalisinin istifadə edəcəyi bu quyunun qazılmasına 2700 AZN xərclənib. İyunun 6 da “Xanlar ailəsi su quyusu”nun açılışı olub. Açılışda öncə dualar oxunub və sonra ilk olaraq su əhalinin istifadəsinə verilib. Yerli əhali su quyusunu qazdırdığına görə Xanlar ailəsinə öz təşəkkürünü bildirib.
Mahir Bağırovun fikrincə ki, üç əməl var ki, insan öldükdən sonra da ona savab qazandırır: “Bu əməllərdən biri də su çəkdirməkdir. Mənim bir mömin müsəlman olaraq məqsədim axirətimi qazanmaqdır. Allah nəsib etsə Afrikanın digər ölkələrində də yeni quyular qazdıracağıq”.
Xanlar Bağırov da bu su quyusunun açılışına görə öz sevincini bizimlə bölüşüb: “Bildiyimiz kimi Afrikanın bir çox ölkələri şirin su qıtlığından əziyyət çəkir. Uqanda da belə ölkələrdən birdir. Yeni çəkilən su quyusunun olduğu kəndin əhalisi illərdir uzaq məsafədən su daşıyıdılar. Sevinirik ki, artıq Uqandanın bir kəndinin su porbleminin həllinə azərbaycanılar dəstək olub. “Xanlar ailəsi su quyusu” Azərbaycan adına qazılıb. Su quyusunun qarşısındakı lövhədə Azərbaycan və Türkiyə bayraqlarını görmək hər birimizi qürurlandırır”.
https://www.youtube.com/watch?v=xfe_g4b6rOY
https://youtu.be/irfh02sq8c8
Facebook'da Paylaş