Məlum olduğu kimi, 28 iyul 2022 ildə Azərbaycan Respublikası Pezdentinin fərmanı ilə AMEA ləğv edilmişdir. Fərmana əsasən humanitar ETİ -rı AMEA-nın tərkibində qalmış, yerdə qalan ETİ isə Elm və Təhsil nazirliyinin tabeliyinə verilmişdir. AMEA Hüquq və İnsan Haqları ETİ və Mərkəzi Nəbatat Bağı isə publik təşkilata çevrilmişdir. AMEA tabelitində olan bir çox təşkilatlarda AMEA ləğv edilənə qədər təmir işləri aparmış MMC-lər bu günə kimi görülmüş işin pulunu ala bilmirlər. Bu da MMC-rəhbərlərinin böyük narazılığına səbəb olur. MMC-rəhbərləri saytımıza borcların qaytarılmasında AMEA-nın maliyyə və mühasibət şöbəsinin müdiri İlqar Quliyevin maneçilik törətdiyini bildiriblər. Bu məsələnin tez həll olunması ilə təmir işləri aparmış MMC-lərin narazılığına son veriləcəyinə ümid edirik.