Polis əməliyyat keçirib, 9 silah götürülüb

25-01-2022, 11:00

Polis əməliyyat keçirib, 9 silah götürülüb

Polis əməliyyat keçirib, 9 silah götürülüb.

Bu barədə Ordum.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 24-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 9 ədəd ov tüfəngi götürülüb.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.




Facebook'da Paylaş