Şəmkirdə yanvar ayı ərzində 25 ədəd odlu silah aşkarlanaraq götürülüb

25-01-2022, 09:15

Şəmkirdə yanvar ayı ərzində 25 ədəd odlu silah aşkarlanaraq götürülüb

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları 2022-ci ilin yanvar ayı ərzində qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirləri keçiriblər. Tədbirlər nəticəsində 25 ədəd odlu silah aşkar edilərək götürülüb.

Bu barədə Ordum.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.




Facebook'da Paylaş