Tokayev: "Qazaxıstandakı hadisələr sosial ədalətsizliyin nəticəsidir"

21-01-2022, 22:23

Tokayev: "Qazaxıstandakı hadisələr sosial ədalətsizliyin nəticəsidir"

Qazaxıstanda varlılar və kasıblar arasındakı uçurum qəbuledilməz həddə çatıb.

Ordum.az xəbər verir ki, bunu respublika prezidenti Kasım-Jomart Tokayev Nur-Sultanda biznes nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı hesab edir ki, yanvarda baş verən hadisələr illərdir yığılıb qalan problemləri üzə çıxarıb.

Tokayev vurğulayıb ki, Qazaxıstan bütün sosial strukturun dərin transformasiyası kimi strateji vəzifə qarşısındadır.

O qeyd edib ki, məhdud elit qruplar ölkənin iqtisadi artımından faydalanmağa başlayıb, əksəriyyətin gəlirləri isə azalır və ya durğunlaşır.




Facebook'da Paylaş