Fransanın ermənipərəst deputatı ictimai əmlakı mənimsədiyinə görə cəzalandırılıb

7-01-2022, 10:22

Fransanın ermənipərəst deputatı ictimai əmlakı mənimsədiyinə görə cəzalandırılıb

Fransanın ermənipərəst deputatı Fransua Pupponi xalqa məxsus ictimai əmlakı mənimsəməkdə təqsirləndirilib.

Ordum.az bildirir ki, o, Parisin Pontuaz şəhər Məhkəməsinin qərarı ilə ictimai əmlakdan şəxsi maraqları üçün istifadə etməkdə təqsirləndirilərək 5 min avro cərimələnib.

Fransua Pupponi Val Duaz departamentinin Sarsel şəhərinin meri vəzifəsində çalışdığı zaman 40 min şəhər sakininin evini istiliklə təchiz edən “SEM Chaleur” şirkətinin bank kartından şəxsi ödənişləri üçün istifadə edib.

Keçmiş mer həmçinin Parisdə, əyalətlərdə restoran və otellərdən 27 min avrodan çox pul mənimsəməkdə də ittiham olunub.

Prokurorluq Fransua Pupponiyə 6 ay müddətində şərti həbs cəzası və 20 min avro cərimə tələbi irəli sürmüşdü.

Xatırladaq ki, Fransua Pupponi ermənipərəst siyasətçilərdəndir




Facebook'da Paylaş