Polşada əsgərləri təhqir edən siyasətçi mühakimə olunacaq

28-12-2021, 08:30

Polşada əsgərləri təhqir edən siyasətçi mühakimə olunacaq

Tanınmış polşalı siyasətçi Vladislav Frasinyuk Belarusla sərhədi qoruyan əsgərləri təhqir etdiyinə görə məhkəmə qarşısına çıxarılacaq.

Ordum.az xəbər verir ki, bu barədə Polşanın Baş prokurorluğu məlumat yayıb.

Varşava rayon prokurorluğu Vladislav Frasinyuka qarşı ittiham aktını Vrotslav-Sredmiestiye rayon məhkəməsinə göndərib.

Prokurorluğun məlumatına görə, Frasinyuk sərhəddə xidmət edən əsgərlərə qarşı təhqir və alçaldıcı ifadələr işlətməkdə ittiham olunur. Ədliyyə nazirinin müavini Marçin Romanovski və Milli Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşak siyasətçi ilə bağlı prokurorluğa müraciət göndərib.

Frasinyuk da öz növbəsində günahını etiraf etməyib və izahat verməkdən imtina edib. Əgər siyasətçi məhkəmə tərəfindən günahkar hesab edilərsə cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum edilə bilər.




Facebook'da Paylaş