TİKA Azərbaycana aqrar dronlar bağışlayıb

27-12-2021, 15:32

TİKA Azərbaycana aqrar dronlar bağışlayıb

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Ankara Universitetinin Kənd Təsərrüfatı Fakültəsi və Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Elm və İnnovasiya Mərkəzi birlikdə “Dron əsaslı multispektral təsvirlərin çoxməqsədli analizi üçün səthin əks olunması və bitki örtüyünün göstəricilərinin aşkarlanması” adlı layihəyə start verib.

Ordum.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, layihə çərçivəsində Azərbaycandan olan 3 mütəxəssis dronların kənd təsərrüfatında istifadəsi barədə məlumatlandırılıb. Bundan başqa, Ankara Universitetinin Əkinçilik fakültəsində nəzəri və tətbiqi təlim kursları və təcrübə mübadiləsi proqramları təşkil olunub.

Layihəyə Azərbaycana 1 multispektral dron, 1 pestisid səpən dron, xəritəçəkmə və analiz proqram təminatının bağışlanması daxildir.

Layihə sayəsində səthin əks olunma əmsalı, bitki örtüyünün göstəriciləri, xəstəliklər, bitkilərin su və gübrə ehtiyacları müəyyən edilərək, multispektral təsvirlərin çoxməqsədli təhlili aparılacaq.

Dronlar həmçinin pestisidlərin tətbiqi və təhsil fəaliyyətlərində də istifadə olunacaq.




Facebook'da Paylaş