Britaniya məhkəməsi “WikiLeaks”in yaradıcısının ABŞ-a ekstradisiyasına icazə verib

10-12-2021, 15:16

Britaniya məhkəməsi “WikiLeaks”in yaradıcısının ABŞ-a ekstradisiyasına icazə verib

İngiltərə və Uelsin Apellyasiya Məhkəməsi “WikiLeaks”in yaradıcısı, jurnalist Culian Assanjın ABŞ-a ekstradisiyasına icazə verib.

Ordum.az-ın xəbərinə görə, bu barədə məhkəmə qərar qəbul edib.

C.Assanjı müdafiə edən vəkillər məhkəmənin qərarından apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, bu ilin yanvar ayında London Məhkəməsi “WikiLeaks”in təsisçisinin ABŞ-a ekstradisiyasına icazə verməmişdi. Buna səbəb isə ABŞ həbsxanasındakı saxlanma şəraitinin C.Assanjın intiharına səbəb ola biləcəyi ehtimalı idi. ABŞ isə bu qərardan Londondakı Məhkəməyə apellasiya şikayəti vermişdi




Facebook'da Paylaş