Son iki saatda Nikolayevdə 14 İran PUA-sı məhv edilib

20-10-2022, 10:30

Son iki saatda Nikolayevdə 14 İran PUA-sı məhv edilib

Ukraynanın Nikolayev vilayətində son iki saat ərzində İran istehsalı olan 14 “Şahed” PUA-sı zərərsizləşdirilib.

Ordum.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Komandanlığından bildirilib.

Qeyd olunub ki, “Cənub” Hava Komandanlığı 9, Ukrayna Hərbi Dəniz Qüvvələri 2, Milli Qvardiya 2, Milli Polis isə 1 PUA-nı məhv edib.




Facebook'da Paylaş