Britaniya kəşfiyyatı: “Rusiyanın döyüş sursatı bitmək üzrədir”

12-10-2022, 09:30

Britaniya kəşfiyyatı: “Rusiyanın döyüş sursatı bitmək üzrədir”

“Rusiyanın ordusu tükənib, təchizat və döyüş sursatı bitmək üzrədir”.

Ordum.az xəbər verir ki, bu fikri Böyük Britaniyanın Hökumət Kommunikasiya Mərkəzinin (elektron kəşfiyyat xidməti - Red) rəhbəri Ceremi Fleminq deyib.

Onun sözlərinə görə, məhbusların və təcrübəsiz insanların səfərbər olunması ümidsiz vəziyyətin göstərcisidir.

Taktiki nüvə silahlarının istifadəsi ilə bağlı narahatlıqlara gəlincə, Ceremi Fleminq, onlardan istifadə ilə bağlı hər hansı söhbətin son dərəcə təhlükəli olduğunu bildirib.




Facebook'da Paylaş