Erməni-Rus birgə qoşun qruplaşmasının taktiki hərbi təlimləri keçirilir

22-10-2021, 17:20

Erməni-Rus birgə qoşun qruplaşmasının taktiki hərbi təlimləri keçirilir

Oktyabrın 22-də Erməni-Rus birgə qoşun qruplaşmasının taktiki hərbi təlimləri başlayıb.

Ordum.az erməni KİV-lərinə istinadən xəbər verir ki, təlimdə həm Ermənistan ordusunun Xüsusi Təyinatlı Korpusu, həm də Rusiyanın Gürmrüdəki 102-ci hərbi bazasının bölmələri iştirak edir.

Birgə qoşun qruplaşmasının komandanı, general-leytenant Tiqran Parvanyan oxşar təlimlərin hazırlıq planına uyğun olaraq ildə bir neçə dəfə keçirildiyini vurğulayıb.

Bugünkü hərbi təlimlərdə bir neçə ssenari üzrə hərəkət ediləcək. Təlimə çoxlu sayda hərbi texnika, xüsusən də tanklar, döyüş maşınları, özüyeriyən artilleriya qurğuları cəlb olunub. Aktiv mərhələdən sonra nəticələr ümumiləşdirilməli və müvafiq təlimatlar verilməlidir.




Facebook'da Paylaş