“Bloomberg” agentliyi Rusiya və Belarusda fəaliyyətini dayandırıb

29-03-2022, 08:06

“Bloomberg” agentliyi Rusiya və Belarusda fəaliyyətini dayandırıb

“Bloomberg” agentliyi Ukraynda apardığı hərbi əməliyyatlara görə Rusiya və Belarusda fəaliyyətini dayandırdığını açıqlayıb.

Ordum.az xəbər verir ki, agentliyin hər iki ölkədəki müştərilərinə xəbər terminalı və e-ticarət platformaları da daxil olmaqla maliyyə məhsullarına giriş qadağan ediləcək.

“Bloomberg” terminalları qiymətli kağızların ticarət sisteminə və dünya birjalarında və birjadankənar bazarlarda qiymətlər haqqında məlumat əldə etmək imkanı verir.

Martın 5-də “Bloomberg” xəbər agentliyi Rusiyadakı jurnalistlərin işini dayandırdığını elan edib. Qərar Rusiya Silahlı Qüvvələrinin hərəkətləri ilə bağlı saxtakarlıqlara, onların nüfuzdan salınmasına, habelə Rusiyaya qarşı sanksiyaların tətbiqinə çağırışlara görə cinayət cəzası və böyük cərimələr haqqında qanunun qəbul edilməsi ilə əlaqədar qəbul edilib.




Facebook'da Paylaş