Böyük Britaniyanın Baş Qərargah rəisi: "Rusiya əziyyət çəkir, işləri yaxış getmir"

7-03-2022, 16:02

Böyük Britaniyanın Baş Qərargah rəisi: "Rusiya əziyyət çəkir, işləri yaxış getmir"

“İkinci Dünya müharibəsindən sonra Rusiya bu miqyasda fəaliyyət göstərməyib. İndi vəziyyət inanılmaz dərəcədə qarmaqarışıq və çətindir”.

Ordum.az "CNNTurk"ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Silahlı Qüvvələri Baş Qərargahının rəisi amdiral Toni Radakin bildirib.

Jurnalistin “Rusiya Ukraynanı ələ keçirəcəkmi” sualına cavabında Krallığın Hərbi Dəniz Donanmasının keçmiş komandanı Toni Radakin deyib: “Rusiya Ukraynanı iki həftə əvvəl işğal etməyə başlayıb. Əksəriyyət Rusiyanın bir neçə saata Kiyevə girəcəyinin qaçılmaz olacağını deyirdi. Ancaq bir sıra səhvlər və Ukrayna birliklərinin müharibə bölgəsində müqaviməti bütün bu kimi təxminləri boşa çıxartdı".

"Fikrimcə, Rusiyanın uğurla getməyən bir işğalını gördük. Ukrayna Silahlı Qüvvələri və xalqı diqqətəlayiq müqavimət göstərir. Bütün dünyanın birlikdə Rusiyaya qarşı təzyiqlər etdiyini görürük. Rusiya hərbçiləri məyus olub. Bu baxımdan Rusiya əziyyət çəkir, işğal prosesi yaxşı getmir”, - deyə britaniyalı admiral vurğulayıb.




Facebook'da Paylaş