Türkiyənin Gürcüstandakı səfiri Şuşa sözünün təhrif olunmasına etiraz edib

18-02-2022, 10:21

Türkiyənin Gürcüstandakı səfiri Şuşa sözünün təhrif olunmasına etiraz edib

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Ermənistanın “ZartonkMedia” media qurumunun nümayəndəsinə “Şuşi” sözünə görə etirazını bildirib.

Ordum.az xəbər verir ki, media şirkətinin Jora adlı maliyyə konsultantı tviter hesabındakı paylaşımında “Şuşi qətnaməsi” sözündən istifadə edib.

F.C.Yazqan paylaşıma cavab olaraq bunları yazıb:

“ŞUŞA Qətnaməsi. Ermənilər şəhəri Şuşi adlandırırlar, lakin qətnamənin rəsmi adı Şuşa Qətnaməsidir. Buna görə də istənilən istinad bu adla edilməlidir. Necə ki, İstanbul Konvensiyası Konstantinopol konvensiyası adlandırıla bilməz”.




Facebook'da Paylaş