Aİ: "Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi üçün tədbirlər görmək lazımdır

12-01-2022, 15:31

Aİ: "Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi üçün tədbirlər görmək lazımdır

"Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr iki ölkə arasında etimadın möhkəmləndirilməsi üçün tədbirlərin görülməsi zərurətini bir daha təsdiq edir".

Ordum.az xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarının mətbuat katibi Peter Stano öz tviter hesabında yazıb.

"Aİ hər iki tərəf ilə hərtərəfli həllin əldə olunması üzərində çalışır", - paylaşımda deyilir.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdikləri təxribat nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Nəzərov Ayaz Azər oğlu həlak olub.




Facebook'da Paylaş