İraqı cəhənnəmə çevirən general öldü

10-10-2021, 19:34

İraqı cəhənnəmə çevirən general öldü


İraq müharibəsinin əsas simalarından biri və ABŞ Quru Qoşunlarının keçmiş komandanı Raymond Oderno 67 yaşında vəfat edib.
Amerikalı generalın xərçəng xəstəliyindən öldüyü bildirilib.
2003-cü ildə İraqda türk əsgərlərinin başına kisə keçirən hərbi hissənin komandiri olan Oderno Türkiyədə “kisə generalı” adıyla tanınırdı.
Üç dəfə İraqda xidmət edən Oderno evlərin qapılarını qıran, iraqlıları zorla evlərindən küçələrə çıxaran, əsirlər və məhbusların saxlanıldığı Əbu Qreyb həbsxanasındakı qorxunc işgəncələri ilə məşhur olan 4-cü Piyada Diviziyasına da komandanlıq edib. Ona buna görə “General Əbu Qreyb” təxəllüsü verilmişdi.
Əbu Qreyb həbsxanası ABŞ-ın 2003-cü ildə İraqa hücumundan sonra Amerika əsgərləri tərəfindən məhbuslara işgəncə verilməsi və təcavüz edilməsi ilə gündəmə gəlmişdi.




Facebook'da Paylaş