Almaniya Müdafiə Nazirliyi Ukraynaya silah tədarükünü artırmaq çağırışını rədd edib

23-08-2022, 09:00

Almaniya Müdafiə Nazirliyi Ukraynaya silah tədarükünü artırmaq çağırışını rədd edib

Almaniya Federal Müdafiə Nazirliyi koalisiya siyasətçilərinin lazım gələrsə Ukraynaya daha çox silah tədarük etmək çağırışını rədd edib.

Ordum.az xəbər verir ki, bu barədə “Die Welt” məlumat yayıb.

Berlindəki nazirliyin sözçüsü bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin dövründə Rusiyanın yaratdığı təhlükəni nəzərə alaraq, Bundesver riskə gedə bilməz.

“Biz, Putin NATO-nun müdafiə qabiliyyətinin istənilən zəifliyindən və hətta müvəqqəti boşluqdan istifadə edə biləcəyinə hazır olmalıyıq” – deyə, o bildirib.

Daha əvvəl Bundestaq deputatları Kristian Klink, Sara Nanni və Aleksandr Müller “Spiegel” nəşri üçün yazdığı məqalədə Almaniyanın Ukraynanın sağ qalmasını təmin etmək üçün təcili olaraq daha çox silah verməli olduğu fikrini səsləndirmişdilər.




Facebook'da Paylaş