Cənubi Koreya Ukraynaya 800 min dollar dəyərində hərbi yük göndərəcək

15-03-2022, 13:38

Cənubi Koreya Ukraynaya 800 min dollar dəyərində hərbi yük göndərəcək

Cənubi Koreya Ukraynaya hərbi yük göndərəcəyini açıqlayıb.

Ordum.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin brifinqi zamanı məlumat verilib.

Bildirilib ki, ümumi dəyəri 800 min ABŞ dolları olan hərbi yükə gülləkeçirməyən dəbilqələr, çadırlar, adyallar, örtüklər, dərmanlar və uzunmüddətli saxlama üçün nəzərdə tutulmuş qida dəstləri daxildir. Hazırda yükün daşınması ilə bağlı logistika məsələləri üzərində iş aparılır.




Facebook'da Paylaş