Türkiyə milli hibrid raket istehsal etmək istəyir

30-08-2022, 17:38

Türkiyə milli hibrid raket istehsal etmək istəyir

Türkiyə hökuməti ölkədə milli hibrid raketin istehsalına başlanılması ilə bağlı müzakirələr aparır.

Ordum.az xəbər verir ki, bunu Türkiyənin Samsun şəhərində keçirilən "Teknofest Karadeniz" Aerokosmik və Texnologiya Festivalının açılış mərasimində çıxış edən ölkənin sənaye və texnologiya naziri Mustafa Varank deyib.

"Əgər vaxtilə ilk bayraq ipini hazırlamağımız qəzetlərdə manşet idisə, indi biz vətəndaşlarımızı kosmosa çıxaracaq ilk milli hibrid raketin hazırlanmasını müzakirə edirik", - deyə o, qeyd edib.

Bundan başqa, nazirin sözlərinə görə, "Teknofest"ə müraciətlərin sayı getikcə artır: "İlk "Teknofest"də iştirakçı sayı 250 min nəfər idi. Amma bu gün bu festivalda iştirak etmək üçün müraciət edənlərin sayı 600 mini ötüb. Bu böyük uğur alqışlanmağa layiqdir. Festivala Türkiyənin 81 vilayətindən və 107 ölkədən iştirakçılar qatılıb".




Facebook'da Paylaş