Mövlud Çavuşoğlu: "Hazırda F-35-lərin alınması ilə bağlı problemlər var”

27-12-2021, 12:36

Mövlud Çavuşoğlu: "Hazırda F-35-lərin alınması ilə bağlı problemlər var”

“Hazırda F-35-lərin alınması ilə bağlı problemlər var”.

Ordum.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu keçirdiyi mətbuat konfransında deyib.

“ABŞ Prezidenti Cozef Bayden Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla son görüşündə problemlərin həll olunmasını istədiyini, əlaqələrimizin inkişafında maraqlı olduğunu bildirmişdu. İnanıram ki, gələcəkdə dialoqlar olacaq. Lakin bu gün F-35 satılmayacaqsa, ya verdiyimiz pullar qaytarılmalı, ya da həmin məbləğdə yeni silahlar alınmalıdır”, - XİN başçısı bildirib.




Facebook'da Paylaş