Trampdan İDDİA: "Rusiya və Çin "Apaçi"ləri söküb..."

10-10-2021, 19:39

Trampdan İDDİA: "Rusiya və Çin "Apaçi"ləri söküb..."


"Əfqanıstanda qalan ABŞ-ın "Apaçi" helikopterlərini öyrənən Rusiya və Çin daha ucuz və onun daha keyfiyyətli analoqunu istehsal etməyə başlaya bilər".
TASS xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
O, şənbə günü Ayova ştatında tərəfdarları qarşısında keçirdiyi mitinqdə çıxış edərkən deyib ki, ABŞ Əfqanıstanda təxminən 85 milyard dollarlıq hərbi texnika qoyub:
"Artıq Rusiya və Çində heyrətamiz helikopterlərimizin nümunələri var. Onsuz da onları sökürlər, öyrənirlər, nəyin olduğunu anlamağa çalışırlar və çox yaxında daha az pula daha yaxşı avadanlıq istehsal etməyə başlayacaqlar. Ayıbdır".




Facebook'da Paylaş