MDB dövlət başçılarının sammitinin gündəliyi açıqlanıb

13-10-2022, 11:30

MDB dövlət başçılarının sammitinin gündəliyi açıqlanıb

MDB ölkələrinin liderləri oktyabrın 14-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək sammitdə 2023-2025-ci illər üçün terrorizm və ekstremizmlə mübarizə üzrə yenilənmiş proqramı təsdiq etməyi planlaşdırır.

Ordum.az xəbər verir ki, məlumatı TASS yayıb.

Təşkilata üzv ölkələrin Dövlət Başçıları Şurası Astana sammitində bununla bağlı qərarı təsdiqləyəcək.

Qərarda həmçinin MDB-yə KTMT-də müşahidəçi statusunun verilməsi nəzərdə tutulur.

Bundan başqa MDB-yə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması planlaşdırılır.




Facebook'da Paylaş