Rəsmi Ankara: "Beynəlxalq ictimaiyyət Ərdoğanın səylərini dəstəkləməlidir

19-08-2022, 10:10

Rəsmi Ankara: "Beynəlxalq ictimaiyyət Ərdoğanın səylərini dəstəkləməlidir

Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun beynəlxalq ictimaiyyətə müraciət edib.

Ordum.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

F.Altun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynada həmkarı Volodimir Zelenski və BMT Baş katibi Antonio Quttereşlə danışıqlar apardığını xatırladaq qeyd edib: "O, Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə uzun müddətdir verdiyi dəstəyi bir daha təkrarladı. Türkiyə olaraq biz Ukraynanın siyasi suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə sadiqik. Cənab Prezidentimiz Ərdoğan münaqişə başlayandan bəri bu işlə daim məşğul olub və onun səyləri artıq ciddi nəticələr verib".

F.Altun bildirib ki, beynəlxalq ictimaiyyət sülh və sabitliyə nail olmaq üçün Ərdoğanın səylərini dəstəkləməlidir.




Facebook'da Paylaş