QHT layihəsi olan kitab Ukraynada yayılıb

Bu gün, 08:43

QHT layihəsi olan kitab Ukraynada yayılıb

Hacı Nərimanoğlu

QHT layihəsi olan kitab Ukraynada yayılıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin layihəsi əsasında iki dildə nəşr edilmiş “Oleq Babak, Azərbaycan səni unutmayacaq!” (“Олег Бабак, Азербайджан тебе не забуде!” kitabının Ukraynanın Dnepr şəhərində təqdimatı olub.
Kitab 1991-ci il aprelin 7-də Qubadlı rayonunun Yuxarı Cibikli kənd sakinlərini separatçı erməni silahlı dəstəsinin hücumundan qoruyarkən hərbi vəzifə borcunu yerinə yetirərək həlak olan ukraynalı gənc leytenant Oleq Yakovleviç Babakın ömür yoluna həsr edilib. Leytenant Oleq Babak hərbi vəzifəsini yerinə yetirərkən göstərdiyi cəsarət, qəhrəmanlıq və fədakarlığa görə ölümündən sonra SSRİ prezidentinin 17 sentyabr 1991-ci tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. İki ay sonraa SSRİ əbədi olaraq tarixin arxivinə göndərildiyindən Oleq Babak bu adı alan axırıncı şəxs olub.
Nəşrdə Oleq Babakın uşaqlıq, təhsil illəri, Orta Asiya, Baltik, Qafqaz respublikalarında sülhməramlı hərbi qüvvələrin tərkibində fəaliyyəti, son döyüşdə göstərdiyi qəhrəmanlıq, Qubadlıda onu görüb tanıyanların, döyüşçü dostlarının, müəllimlərinin xatirələri yer alıb.
Azərbaycan-Ukrayna münasibətləri, xüsusi olaraq bu kitab üçün yazılmış, Ukrayna mediasında Azərbaycan həqiqətlərinə həsr olunmuş məqalələr, diplomatik və diaspor nümayəndələrimizin Babak ailəsinə göstərdikləri ardıcıl diqqət və qayğınə əks etdirən yazılar, fotolar da kitaba daxil edilib. Kitabın ukrain dilinə tərçüməçisi Ukraynanın tanınmış yazıçı-publisisti, “Вогні Азербайджану” qəzetinin baş redaktoru Andrey Çurkanovdur.
Dnepr şəhərindəki Azərbaycan diaspor mərkəzində keçirilən tədbirdə çıxış edənlər bu kitabın Ukrayna-Azərbaycan dostluğuna layiqli töhfə olduğunu, nüsxələrinin birinci olaraq Oleq Babakın Poltava vilayətinin Viktoriya kəndində yaşayan ata, anasına, adını daşıyan kənd məktəbinə, Poltavadakı muzeyinə də hədiyyə edildiyini, Kiyevdəki kitab sərgisində nümayiş olunduğunu, rəsmilərə, QHT və KİV-ə də paylandığını bildiriblər.




Facebook'da Paylaş