Bənzər yazılar
Yazıçı Kamal Abdulla ”Yarımçıq əlyazma” romanına görə İtaliyanın nüfuzlu ədəbi mükafatı olan Premio Scanno mükafatına layiq görülüb. 19 sentyabrda keçirilən təqdimat mərasimində mükafat Azərbaycan Respublikasının İtaliyadakı səfiri Vaqif Sadıxova təqdim olunub.
Premio Scanno mükafatı İtaliyanın ən nüfuzlu ədəbi mükafatlarından sayılır.
Bu mükafata Nobel mükafatçıları Mario Varqas Lyosa (1989-cu il) və Xose Saramaqo (1998-ci il) da layiq görülüb.
Tanturri Fondunun təsis etdiyi Premio Scanno 1975-ci ildən təqdim olunur.
Mükafat iqtisadiyyat, tibb, sosiologiya, fotoqrafiya, kinematoqrafiya, teatr və digər nominasiyalar üzrə verilir.