Azərbaycan məscidlərində axund vəzifəsi ləğv edilir

14-09-2017, 15:15

Azərbaycan məscidlərində axund vəzifəsi ləğv edilir.
 
Trend-in məlumatına görə, bu barədə qərar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının bu gün keçirilən iclasında qəbul edilib.
 
Qərara əsasən, məscidlərdə vahid idarəçilik sisteminə keçilir və bütün məscidləri idarə edənlər imam statusu alacaqlar.
 
QMİ sədri Allahşükür Paşazadə bildirib: "Axund vəzifəsi tədricən yığışdırılacaq və vahid idarəçilik sisteminə keçiləcək".




Facebook'da Paylaş