Putin: “Türkiyə Avropaya təbii qaz nəqlində ən etibarlı marşrutdur

13-10-2022, 15:11

Putin: “Türkiyə Avropaya təbii qaz nəqlində ən etibarlı marşrutdur

“Türkiyəyə təbii qaz tədarükü tam şəkildə həyata keçirilir, o, bu məsələdə ən etibarlı tərəfdaşdır”.

Ordum.az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.

O vurğulayıb ki, “Akkuyu” AES-in tikintisi layihəsi üzrə işlər plana uyğun həyata keçirilir və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə qədər razılaşmaları yerinə yetirmək və daha bir enerji blokunu işə salmaq mümkün olacaq.

V.Putin bildirib ki, Türkiyədə təbii qaz qovşağı yaradılarsa, bu ölkə həm də bu enerji resursunun qiymətinin müəyyən edilməsi platformasına çevrilə bilər.




Facebook'da Paylaş