BMT Baş katibi artan nüvə təhlükəsindən narahatdır

6-08-2022, 13:44

BMT Baş katibi artan nüvə təhlükəsindən narahatdır

“Nüvə silahından istifadə təhlükəsi indi dünyada getdikcə aktuallaşır”.

Ordum.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterriş şənbə günü Xirosimada ABŞ qoşunları tərəfindən şəhərin atom bombası ilə bombalamasının 77-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışında deyib.

“İnsanlıq dolu silahlarla oynayır”, - “UN News” Baş katibin sözlərindən sitat gətirib.

A.Quterreşin sözlərinə görə, hazırda təhdidedici nüvə çalarları ilə böhranların sürətlə yayılması müşahidə olunur. O, Yaxın Şərq, Koreya yarımadası və Ukrayna ətrafındakı vəziyyəti xatırladıb.

Baş katib daha əvvəl Nyu Yorkda Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə İcmal Konfransında oxşar narahatlığı dilə gətirmişdi. O, həmçinin bəşəriyyətin Xirosimanın bombalanmasından dərs çıxarıb-çıxarmaması ilə bağlı suala cavab tapa bilmədiyini açıqlamışdı.




Facebook'da Paylaş