Rusiya Müdafiə Nazirliyi koronavirusun yaranmasında ABŞ-dan şübhələnir

4-08-2022, 18:02

Rusiya Müdafiə Nazirliyi koronavirusun yaranmasında ABŞ-dan şübhələnir

Rusiya Müdafiə Nazirliyi ABŞ-ın COVID-19-un yaranmasında əli olduğundan şübhələnir.

Ordum.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin rəisi general-leytenant İqor Kirillov brifinqdə deyib.

“Xarakterikdir ki, 2019-cu ildə - COVID-19-un ilk halları ortaya çıxmazdan əvvəl – “Event-2019” təlimləri ABŞ-ın Hopkins İnstitutunda keçirilib. Təlimlərdə daha əvvəl məlum olmayan koronavirus epidemiyasına qarşı fəaliyyət məşq edilirdi. Təlimlərin əfsanəsinə görə, həmin koronavirus insanlara donuzlar üzərindən yarasalardan keçib”, - MN rəsmisi bildirib.

O əlavə edib ki, xəstəliyin qeyri-bərabər yayılması COVID-19-un süni şəkildə yaranmasından xəbər verir.

Qeyd edək ki, koronavirus xəstəliyinin yayılmasından bəri dünyada virusun mənbəyi ilə bağlı bir sıra konspiroloji nəzəriyyələr irəli sürülüb. Bəzən bu nəzəriyyələr rəsmi şəxslər səviyyəsində səsləndirilib. Lakin bununla bağlı heç bir sübut ortaya çıxarılmayıb




Facebook'da Paylaş