“Sağlam Həyat” Platforması layihəsinin icrası yekunlaşıb

2-05-2023, 18:24

“Sağlam Həyat” Platforması layihəsinin icrası yekunlaşıb
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyələşdirdiyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Sağlam Həyat” Platforması layihəsinin icrası yekunlaşıb. Layihə çərçivəsində sağlam həyat tərzinə dair ekspertlərin iştirakı ilə 4 maairfləndirici İnternet Tv verilişlər hazırlandı. Həmçinin gənclər üçün əyani vəsait olaraq “Sağlam Həyat bələdçisi” adlı kitabça və maarifləndirici bukletlər paylandı. Həmçinin 1 nömrəli Bakı baza Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının tərəfdaşılığı ilə 3 maarifləndirici təlim həyata keçirildi. Təlimlərdə gənclərə sağlam həyatın əsas sütunlarından biri ətraf mühitin qorunması, ekologiyanın sağlamlığa təsirləri, sağlam qidalanma, düzgün həyat tərzi, qida təhlükəsizliyi və bir çox mövzularda maarifləndirici məlumatlar verildi. Layihə nəticəsində təlimlərdə 100 gənc faydalandı.

Nəzərinizə çatdırırıq ki, layihənin məqsədi “Sağlam Həyat” Platforması vasitəsilə insanların, xüsusən də yeniyetmə və gənclərin gənclərin zərərli vərdişlərlə mübarizəyə dair, sağlam həyat tərzinin təbliğinə dair, həmçinin qeyri sağlam şəkildə qidalanmanın səbəb olduğu acımasız xəstəliklərə dair maariflənmələrini təşkil etməkdən ibarətdir.











Facebook'da Paylaş