Vətən müharibəsi iştirakçısına vəzifə verilib

31-10-2022, 10:16

Vətən müharibəsi iştirakçısına vəzifə verilib

Vətən müharibəsi iştirakçısı Yusif Hacıyev Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) başçısının köməkçisi vəzifəsinə təyin edilib.

Ordum.az-ın xəbərinə görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Qeyd edək ki, Hacıyev Yusif Faiq oğlu 1988-ci ildə anadan olub. O, Bakı Dövlət Universitetini bitirib. Y.Hacıyev bundan əvvəl RİH-də baş mütəxəsis vəzifəsində çalışıb. O, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.




Facebook'da Paylaş