Sumqayıtda anım tədbiri keçirildi

4-10-2022, 22:03

Sumqayıtda  anım tədbiri keçirildi

Sumqayıtda 24 saylı məktəbdə şəhid Elmar Bayramlıya həsr olunmuş anım tədbiri keçirildi

Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsini anmaq, onların tanıdılmasında ailələrinə mənəvi dəstək olmaq hər birimizin borcudur. Bu şərəfli missiyada isə məktəblərin xüsusi rolu var. Belə məktəblərdən biri də Sumqayıt şəhərində fəaliyyət göstərən 24 saylı məktəbdir. Məktəb köhnə, təmirsiz olsa belə bir çox son texnalogiyalarla təmin olunmuş təmirli məktəblərdən qat-qat gözəl fəaliyyət göstərən məktəbdir. Ən əsası isə şəhidlərinə dəyər verən məktəbdir.
2020-ci ildə həmin məktəbin də məzunlarından Əliyev Eltun, Bayramlı Elmar və İsmayılov Elvin şəhadətə ucalmışdı. Məktəbin direktoru Cabbarova Nəsibə müəllimə məktəbinin şəhid məzunları haqqında tez-tez tədbirlər təşkil etdirir, valideynlərinin ziyarətində olur, bütün kollektivi ilə birlikdə hər zaman şəhid ailələrinə dəstək olmağa çalışır.

Bu dəfə isə məktəbdə təşkil olunan tədbir şəhid Elmar Bayramlıya həsr olunmuşdu.Şahüseynova İlhamə müəllimin təşkilatçılığı ilə 3a-sinfinin məktəbin şəhid məzunu Elmar bayramlınının anım gününə həsr olunmuş kiçik kompazisiyası zamanı şagirdlər şəhidlər haqqında şeirlər söyləyərək, vətənpərvərlik mövzusunda musiqilər səsləndirdilər. Tədbir zamanı şəhidimiz haqqında hazırlanan videoçarx nümayiş olunduqdan sonra qonaqlara söz verildi. Tədbirin xüsusi qonaqlarından biri olan şairə Esmira Günəş öz çıxışı zamanı şəhid Elmar Bayramlıya həsr etdiyi "Xarıbülbüllər" kitabını şəhidimizin anası Amaliya xanıma təqdim edərək, şəhidlərimizin kitablar və tədbirlər sayəsində hər zaman qəlblərdə yaşayacağını bildirdi. Daha sonra şəhidimizin anası hər kəsə təşəkkürünü bildirərək xatirə şəkilləri çəkdirdi. Tədbirdən sonra şairə Esmira Günəş və qonaqlar birlikdə məktəbin digər məzun şəhidlərinin adına yaradılan guşələrlə tanış oldular.
Əslində belə təmirsiz məktəbdə şəhidlərin xatirələrini yaşatmaq üçün yaradılan guşələr digər məktəblərə də örnək olmalıdır. Eşq olsun şəhidlərinə dəyər verən müəllimlərə!




Facebook'da Paylaş