Zaqatalada karantin qaydalarını pozanlar cərimələnib

14-02-2022, 08:30

Zaqatalada karantin qaydalarını pozanlar cərimələnib

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pandemiyanın kütləvi yayılmasının qarşısının almaq, karantin rejimi qaydalarına riayət olunmasına nəzarəti gücləndirmək məqsədilə növbəti reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, reyd zamanı Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, mövcud qaydalara məsuliyyətsiz yanaşan sürücü və sərnişinləri müəyyən ediblər. Onlar avtobuslardan düşürülüb və barələrində inzibati tənbeh tədbirləri görülüb.Həmçinin COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər saxlanılıb. Həmin şəxslərin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Tədbir zamanı şəhər ərazisində yerləşən mağazalarda, ictimai iaşə obyektlərində və digər qapalı məkanlarda da sanitar-karantin qaydalarına əməl olunmasına nəzarət polis əməkdaşları tərəfindən gücləndirilib. Yoxlamalar zamanı iki mağazada bəzi alıcıların və satıcıların tibbi maskadan istifadə etmədiyi aşkarlandığı üçün onların barəsində inzibati qaydada tədbir görülüb. Restoran və kafelərdə isə müştərilərin, eləcə də xidmət personalının COVID-19 pasportu yoxlanılıb, qaydalara riayət etməklə fəaliyyət göstərməyin vacibliyi sahibkarların diqqətinə çatdırılıb.




Facebook'da Paylaş