Beyləqanda ictimai yerdə koronavirus xəstəsi aşkarlanıb

7-02-2022, 10:02

Beyləqanda ictimai yerdə koronavirus xəstəsi aşkarlanıb

Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ordum.az-a verilən məlumata görə, rayon sakini V.İsmayılovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.

Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və virusun yayılmasına şərait yaradıb.

Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb və müalicə aldığı ünvana geri qaytarılıb.

Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır




Facebook'da Paylaş