ABŞ-da Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti fəaliyyətə başlayır

3-02-2022, 10:00

ABŞ-da Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti fəaliyyətə başlayır

Azərbaycanın ABŞ-da fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim və ölkəmizin Vaşinqtondakı konsulu Ceyhun Novruzov fevralın 3-də Nyu-York və ətraf ştatlarda yaşayan Azərbaycan icmasının üzvləri ilə görüşəcək.

Ordum.az xəbər verir ki, görüş ABŞ-ın Nyu-York şəhərində keçiriləcək.

Görüşün keçirildiyi məkanda eyni zamanda səyyar konsulluq xidməti fəaliyyət göstərəcək.

Habelə, diplomatlar Azərbaycan icmasının üzvlərini narahat edən mövzular ətrafında müzakirələr aparacaq, onların həlli istiqamətində konkret addımlar atılacaq. Diplomatik nümayəndəlik xüsusi ilə sənəd problemləri olan, pasaportların yenilənməsi kimi mövzularda çətinlikliklərlə qarşılaşan həmvətənlərimizi görüşə dəvət edib




Facebook'da Paylaş