Qanunsuz ov edən şəxslər cəzalandırılıb

2-02-2022, 10:30

Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının 24-30 yanvarda keçirdikləri növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Bunu Ordum.az-a Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, araşdırma zamanı brakonyerin Neftçala rayon sakini Ramin İmanov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

B.Məhəmmədov əlavə edib ki, ayrı-ayrı inzibati rayonların ərazisində qanunsuz ov edən Tovuz rayon sakini Aqil Nuruyev, Şabran şəhər sakini Sahib Tahirov, Saatlı rayon sakinləri Vəli Muradov, Fizuli Behbudov və Eldar Qasımov saxlanılıb: "Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.




Facebook'da Paylaş