Qubada karantin rejim qaydalarını pozan restoranlar aşkarlanıb

13-01-2022, 11:59

Qubada karantin rejim qaydalarını pozan restoranlar aşkarlanıb

Quba rayonunda karantin rejim qaydalarını pozan restoranlar aşkarlanıb.

Bu barədə Ordum.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı obyektlərin məsul şəxsləri olan Nasidə Şahnamazova, Arif Babayev, Fərid Əhmədov, Ülvi Osmanlı və Şahin Talıbov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub.




Facebook'da Paylaş