Əfqanıstanda jurnalistlərin 60 faizi, o cümlədən qadınların 84 faizi işini itirib

23-12-2021, 11:02

Əfqanıstanda jurnalistlərin 60 faizi, o cümlədən qadınların 84 faizi işini itirib

Əfqanıstanda jurnalistlərin, KİV əməkdaşlarının 60 faizi, o cümlədən bu sahədə fəaliyyət göstərən qadınların 84 faizi iş yerini itirib”.

Ordum.az xəbər verir ki, məlumatı “Tolonews” yayıb.

Bildirilib ki, “Taliban” hakimiyyətə gəldikdən, 2021-ci il avqustun 15-dən sonra Əfqanıstanda 231 KİV bağlanıb, 6 400 jurnalist işindən olub.

Məlumata görə, 2021-ci ilin yayında 543 KİV fəaliyyət göstərib.

2021-ci il noyabrın sonuna olan məlumata əsasən, ölkə üzrə 312 informasiya vasitəsi fəaliyyətini davam etdirir.




Facebook'da Paylaş