Əfqanıstanda aclıq 20 illik müharibədən daha çox insanın həyatına son qoya bilər

12-12-2021, 10:30

Əfqanıstanda aclıq 20 illik müharibədən daha çox insanın həyatına son qoya bilər

Beynəlxalq Böhran Qrupu Əfqanıstanda davam edən aclığın son 20 ildə ölkədəki müharibədən daha çox insanın ölümünə səbəb ola biləcəyini açıqlayıb.

Ordum.az-ın məlumatına görə, bu barədə “Anadolu” xəbər verib.

Beynəlxalq Böhran Qrupunun bəyanatında bildirilir ki, beynəlxalq ictimaiyyət Əfqanıstana dəstək verməsə, ölkədə aclıqdan ölənlərin sayının xeyli artacaq.

Asiya ölkəsində son aylarda yaşanan iqtisadi böhranın 1 milyon daha çox insanın qida çatışmazlığı ilə üzləşməsinə səbəb olduğu bildirilir. Bəyanatda qışın yaxınlaşması ilə aclığın artacağına diqqət çəkilib.

Eyi zamanda Əfqanıstanda son aylarda yaşanan iqtisadi böhranın 1 milyon daha çox insanın qida çatışmazlığı ilə üzləşməsinə səbəb olduğu qeyd edilir. Məlumata görə, aclıq qışın yaxınlaşması ilə daha da artacaq.

Ölkədəki iqtisadi böhrana səbəb xarici yardımın dayandırılmasıdır.

Beynəlxalq Böhran Qrupu dünyanı “Taliban”la əlaqə saxlamağa çağırıb və əks halda bunun aclığın, miqrasiyanın, terror təhdidlərinin, narkotik ticarətinin təhlükəli fəsadları ilə nəticələnəcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra beynəlxalq yardım dayandırılıb. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu (BVF) və ABŞ-ın Federal Ehtiyat Sistemi də Əfqanıstanın beynəlxalq fondlara çıxışını kəsib.

ABŞ administrasiyası Əfqanıstan hökumətinin Birləşmiş Ştatların banklarındakı ehtiyatlarını dondurub.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Əfqanıstanda qış aylarında ciddi ərzaq qıtlığı mövcud olacaq.




Facebook'da Paylaş