ÜST Azərbaycana 1 milyondan çox fərdi qoruyucu vasitə verib

11-12-2021, 17:20

ÜST Azərbaycana 1 milyondan çox fərdi qoruyucu vasitə verib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu (ARB) Azərbaycanın tibb işçilərini 1 milyondan çox fərdi qoruyucu vasitə ilə təmin edib.

Ordum.az xəbər verir ki, bu barədə ÜST ARB-nin tviter səhifəsində deyilir.

“ÜST ARB Avropa İttifaqının vəsaiti hesabına Azərbaycandakı tibb işçilərinə 1 milyondan çox fərdi qoruyucu vasitə, o cümlədən maskalar və əlcəklər təqdim edib. Bacarıqlı və qorunan işçi qüvvəsi səhiyyənin bütün xidmətlərindən istifadənin mümkünlüyü baxımından vacibdir”, - paylaşımda qeyd olunub.




Facebook'da Paylaş