Ukraynanın Qorlovka şəhərində partlayış olub

26-08-2022, 09:54

Ukraynanın Qorlovka şəhərində partlayış olub

Ukraynanın hazırda Rusiyanın işğal altında olan Qorlovka şəhərində partlayış olub.

Ordum.az UNIAN-a istinadən xəbər verir ki, partlayış “Stirol” zavodunda qeydə alınıb.

Bildirilib ki, partlayışdan sonra zavodda yanğın başlayıb.

Yanğın zamanı ərazidəki transformator yarımstansiyası və zavodun binasının dam örtüyü yanıb.

Hadisənin baş vermə səbəbləri və xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.




Facebook'da Paylaş