Tbilisidə yaşayış binasında partlayış baş verib

15-02-2022, 10:35

Tbilisidə yaşayış binasında partlayış baş verib

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Diğomi massivində çoxmərtəbəli yaşayış binasında güclü partlayış baş verib.

Ordum.az xəbər verir ki, 7-ci mərtəbədə qeydə alınan partlayışdan sonra yanğın başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın artıq aradan qaldırılıb.

Partlayışın səbəbi və xəsarət alanların olub-olmadığı barədə məlumat hələ yoxdur.




Facebook'da Paylaş