Ötən gün 9 nəfər cərimələnib, 66 nəfər şənliyə buraxılmayıb

18-12-2021, 11:07

Ötən gün 9 nəfər cərimələnib, 66 nəfər şənliyə buraxılmayıb

Dekabrın 17-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 326 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən Ordum.az-a verilən məlumata görə, monitorinq 318 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 9 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 66 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb




Facebook'da Paylaş