Xocavənddə xeyli sayda partlayıcı vasitələr aşkar edilib

23-02-2022, 09:00

Xocavənddə xeyli sayda partlayıcı vasitələr aşkar edilib

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə partlayıcı vasitələrin aşkar edilərək təhvil verilməsi istiqamətində intensiv tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ordum.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində erməni hərbi birləşmələrinin tərk etdiyi mövqelərdən xeyli sayda partlayıcı vasitələr aşkar edilib.

Tapılan 146 müxtəlif növ mərmi, 5 müxtəlif növ qumbara və 415 müxtəlif çaplı patron götürülərək aidiyyəti üzrə təhvil verilib.




Facebook'da Paylaş