Ukrayna XİN başçısı Qolodomor faciəsini soyqırım kimi tanımağa çağırıb

21-10-2022, 16:18

Ukrayna XİN başçısı Qolodomor faciəsini soyqırım kimi tanımağa çağırıb

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bütün ölkələrin parlamentlərinə Qolodomor faciəsini soyqırım kimi tanımağa çağırıb.

Ordum.az-ın xəbərinə görə, o, bu barədə tviter səhifəsində paylaşım edib.

D.Kuleba dünya parlamentlərini SSRİ-nin o zamankı rəhbəri İosif Stalinin 1932-1933-cü illərdəki Qolodomor faciəsini soyqırım kimi tanımasını istəyib: "İndi Rusiyanın növbəti soyqırımı törətdiyi bir vaxtda bu, çox vacibdir”.

Xatırladaq ki, 1932-1933-cü illərdə Ukraynanın Kuban əyalətində süni qıtlıq yaranmışdı. Hadisə nəticəsində 8 milyondan çox insan ölmüşdü.




Facebook'da Paylaş