Kanadada atışma olub

13-12-2021, 09:30

Kanadada atışma olub

Kanadanın Torontoda şəhərində baş vermiş atışma nəticəsində bir nəfər yaralanıb.

Ordum.az xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə meqapolisin mərkəzi hissəsində baş verib. Hadisə yerinə gələn polis əməkdaşları güllə yarası almış bir kişini aşkarlayıblar. Yaralı xəstəxanaya çatdırılıb, onun vəziyyəti ağırdır.

Faktla bağlı heç kim saxlanılmayıb. Hadisənin təfərrüatı açıqlanmır.




Facebook'da Paylaş